Nəyi bilmək istərdiniz?

Hansı növ yanğınsöndürmə sistemlərinin quraşdırılmasını həyata keçirirsiniz?

Obyektinizin ehtiyaclarına və xüsusiyyətlərinə uyğun olaraq Avtomatik Sulu söndürmə, Köpüklü söndürmə, FM 200 Qazlı söndürmə, Karbondioksid (CO2) Qazlı söndürmə və sənaye tipli Mətbəx Davlumbaz söndürmə sistemlərinin quraşdırılmasını təmin edirik.

Obyektlərin təhlükəsizliyi üçün hansı qoruyucu sistemləri təklif edirsiniz?

Tam təhlükəsizliyi təmin etmək məqsədilə Kamera Nəzarət sistemləri, Mühafizə yanğın siqnalizasiyası və Oğurluqdan Mühafizə sistemlərinin quraşdırılması xidmətlərini göstəririk.

Qapalı binalarda və parkinqlərdə zəhərli qaz təhlükəsinin qarşısını necə alırsınız?

Bina parkovkalarında və digər qapalı sahələrdə xüsusi Karbonmonoksit (CO) sistemləri quraşdırırıq. Bu sistemlər havadakı zəhərli qaz səviyyəsini daim nəzarətdə saxlayaraq xəbərdarlıq edir.

Havalandırma və iqlimləndirmə (klimat) üzrə hansı xidmətləriniz mövcuddur?

Havalandırma və Tüstü sovurma sistemlərinin quraşdırılması ilə yanaşı, İsitmə-soyutma sistemlərinin həm sıfırdan quraşdırılmasını, həm də texniki servisini həyata keçiririk.

Restoran və qida sənayesi üçün hansı xüsusi xidmətləriniz var?

Restoran mətbəxləri üçün xüsusi Davlumbaz söndürmə sistemləri qurmaqla yanaşı, restoran və mətbəələrdə tüstü bacalarının peşəkar təmizlənməsi xidmətini təklif edirik.

Taxta konstruksiyaların yanğına davamlılığını artırmaq mümkündürmü?

Bəli, taxta konstruksiyalar üçün xüsusi yanğına davamlı məhlul hopdurulması xidmətimiz sayəsində materialların oda qarşı davamlılığı və təhlükəsizliyi maksimuma çatdırılır.

Tibb müəssisələri üçün texniki həlləriniz varmı?

Bəli, xəstəxana və klinikalar üçün palatalarda xəstələrin personala sürətli çıxışını təmin edən Hemşire (tibb bacısı) çağırış sistemlərinin quraşdırılmasını həyata keçiririk.

Nəyi bilmək istərdiniz?

Sual 1

Cavab

WhatsApp
Telefon
İnstagram